Zaur Kamal müğənni Günel Zeynalovanın Türkiyədəki evində qonaq olarkən başına gələn məzəli hadisəni efirdə danışıb.

Unikal.org BAKU.WS-ə istinadən xəbər verir ki, aparıcı Yeni il gecəsini Günelgildə qeyd etdiyini və spirtli içki çox içdiyindən çətin anlar yaşadığını gülərək xatırlayıb.

"Sən məni otelə necə göndərdin. Qabaqda oturmuşdum taksidə. Operatora deyirəm ki, taksinin pulunu verdik, ya yox? O yaddan çıxmışdı. Səhər divardan tuta-tuta oyanmışam. Başım yastıqdan qalxmırdı"- deyərək gülüb."Mən Zauru evdə pilləkənlərdə iməkləyən gördüm, ondan sonra görmədim"-deyərək, Günel aparıcının danışdıqlarını təsdiqləyib.