Saatlarla mobil telefon ya da kompüter arxasında oturmaq müasir dövrdə artıq çoxlarının vazkeçilməz vərdişləri sırasındadır. Hətta əksər iş yerlərində günün böyük qismi kompüter arxasında keçir. Ekspertlər insanları öz sağlıqlarını qorumaq üçün həftədə ən azı 1 gün texnoloji tətilə çıxmağı, yəni bütün texniki cihazlardan imtina etməyi tövsiyyə edirlər.
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, bu günün əksər hissəsini internetdə sosial şəbəkələrdə keçirən insanların yaşadığı sağlıq problemlərindən bir neçəsidir. Getdikcə kompüterə, mobil telefonlara, planşetlərə daha çox aludə olan insanların səhhətində bir sıra fəsadlara yol açır.
İlkin olaraq diqqət yayğınlığı, ürəkbulanma, həyəcan və narahatlıq, yaddaş zəifliyi ilə başlayan problemlər sonra daha ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Mütəxəssislər bildirir ki, gün ərzində kompüter və smartfonlarda maksimum 1 saat vaxt keçirilməli və həftədə ən az bir gün bütün bu texnoloji vasitələrdən imtina etmək lazımdır. İnsan sosial bir varlıq olduğundan özünü virtual aləmlə məhdudlaşdırması həmin şəxsin cəmiyyətdəki rolunun da getdikcə azalmasına gətirib çıxarar.
Ekspertlərin araşdırmaları göstərir ki, insanlar sağlıqlarının və psixoloji vəziyyətlərinin normal qalması üçün texnoloji tətillərə çıxmağa artıq məcbur hala gəliblər. Yəni müəyyən bir müddətlik bütün texnoloji vasitələrdən uzaq qalmaq və vaxtını ancaq sosial ünsiyyətə sərf etmək. Əks təqdirdə cəmiyyətdə psixoloji durumunda pozğunluq yaşayan insanların sayının getdikcə artması qaçılmazdır.