Prezident İlham Əliyev əməkdar artist Vəfa Zeynalovaya ev bağışlayıb.

Unikal.org-un xəbərinə görə, bu barədə əməkdar artist özünün “facebook” səhifəsində yazıb:

“Möhtərəm Cənab Prezident.

Bu gün Azərbaycan silahlı qüvvələrin yaranmasından 101 il keçir. Bu bayram münasibəti ilə SİZ başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə, sənətə və sənətkarlara sahib çıxmağınıza görə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Dövlətimizi, Xalqımızı və Sizi qorusun!