Dünyaca məşhur aktyor və xoşməramlı səfir Stiven Siqal Taba-AmCham (Türk Amerikan İş Adamları Dərnəyi) sədri Ali Osman Akatın dəvəti ilə Türkiyəyə getməyi planlaşdırır.
Unikal.org xəbər verir ki, onun Türkiyəyə getmə səbəbi yeni filmə çəkilməsidir.
Belə ki, ailəsiylə birlikdə Yunanistana keçməyə çalışarkən mindikləri qayığın batması nəticəsində cansız bədəni Bodrumda çıxan Aylan adlı azyaşlının hekayəsini anladacaq filmdə Stiven Siqal da rol alacaq.
Corc Eddenin ssenaristi olduğu filmin rejissoru Ömer Sarıkaya olacaq. Ö.Sarıkaya "İslamafobia" filminin də rejissoru olub.
"Köprə Aylan" filminin çəkilişləri Bodrumda baş tutacaq. "Körpə Aylan" filmində Stiven Siqalla yanaşı Ali Səbri Belaid, Villma Elles, Mitat Aristo, Efraim Hanna, Talat Atilla, Mustafa Ayhan, Mayk Mişel, Hripisime Sargsyan, Adnan Koç və Aydan Çakır rol alacaq.
Qeyd edək ki, 3 yaşlı Aylanın Bodrum sahilinə çıxan cansız bədəni miqrant probleminin dünya gündəminə gəlməsində böyük rol oynayıb. 2015-ci ildə Suriyadan Avropaya qaçmaq istəyən Kurdi ailəsi və bir neçə başqa suriyalının mindiyi gəminin mühərrikində problem yarandığı üçün dənizdə batıb. Həmin qəzada Abdulla Kurdi həyat yoldaşını və iki övladını itirib. 3 yaşlı Aylan Kurdinin dəniz sahilinə çıxan meyitinin fotosu sürətlə bütün dünyaya yayılaraq suriyalı mühacirlərin simvoluna çevrilib.