Türkiyəli müğənni Seda Sayan qatıldığı proqramda şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Unikal.org xəbər verir ki, o hər şeyi oğlunun atası ilə məsləhət etdiyini deyib.
"Sinan Engin bizim böyüyümüzdür. Oğlumun atasıdır. Hər şeyi onunla məsləhət edirik. Oğlumu da bu cür tərbiyə etmişəm. Allah onu övladlarının başının üstündən əksik etməsin", deyə müğənni bildirib.
7 dəfə ərə gedən Seda artıq evlilik dəftərinin bağladığını deyib:
"Həyatımda heç kim yoxdur. Evlilik mənim üçün bitib, o dəftəri bağlamışam. Sevgilim olub olmadığını səhnə geyimlərindən də anlaya bilərsiniz. Nə vaxt biraz qapalı geyinsəm, bilin ki, sevgilim var".