65 yaşlı müğənni Lyubov Uspenskaya yenidən ana olmaq istədiyini deyərək, gündəmə gəlib.
Unikal.org xəbər verir ki, sənətçinin bu yaşda yenidən ana olmağı arzulaması tənqid edilib. Uspenskaya isə bunlara əhəmiyyət vermədən İnstaqram səhifəsində gələcək övladı üçün donor axtardığını yazıb.
SSSR xalq artisti Oleq Strijenovun nəvəsi Aleksandra müğənni üçün donor olmaq istədiyini açıqlayıb. "Mən hazıram. Marina və Oleqin nəvəsiyəm, genim yaxşıdır" deyə, qadın bildirib. Hazırda Uspenskaya ilə qadın arasında danışıqlar gedir.
Aleksandra Strijenova hazırda 5 uşaq böyüdür. O, bundan əvvəl surroqat ana kimi də xidmət göstərib. Amma onun bir müqaviləsi qalmaqalla nəticələnib. Belə ki, Aleksandra müqavilə şərtlərini pozub.