İyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən xəbərə görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.  Mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı,  dolu düşəcəyi, günün ikinci yarıısında əsasən yağmursuz olacağı  gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohhəsas insanlar üçün əsasən əlverişlidir.