“Microsoft” istifadəçi sazişi üzrə şərtlərin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
Unikal.org “ictnews”a istinadla məlumat cerir ki, bu səbəbdən korporasiya qeyri-aktiv hesabları ləğv edəcək.
Yeni qaydalara görə, istifadəçi hesabı iki ildən çox müddət ərzində aktiv olmadığı halda ləğv ediləcək. Köhnə şərtlər beş ildən çox qeyri-aktiv akkauntların silinməsini nəzərdə tutub.
Sənəddə qeyd olunur ki, istifadəçi “Microsoft” hesabının aktivliyini qorumalıdır. Bu, “Xbox” istifadəçilərinin akkauntlarına da şamil edilir.
Bundan başqa, yeni qaydalar qüvvəyə mindikdən 30 gün sonra sistemdə təkrar avtorizə tələb olunur.
Yeni dəyişikliklər avqustun 30-dan etibarən qüvvəyə minəcək.