“Pukka” ləqəbli sosial şəbəkə fenomeni narkobaron Pablo Eskobarla bağlı “twitter"də etdiyi paylaşıma görə 5 il 10 ay azadlıqdan məhrum edilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Pukka” ləqəbli Selen Pınar Işık Eskobar haqqında etdiyi paylaşım səbəbi ilə narkotikə dadındırmaya görə ona 5 il 10 aylıq həbs və 66 min TL pul cəzası verilib.
O bu hərəkətinə görə ötən ilin may ayında hakim qarşısına çıxb. Ona ilk öncə 7 illik həbs cəzası verilib. Fenomen qadın gözyaşları içində növbəti bir video paylaşıb. Eskobar haqqında paylaşdığı videoya görə 7 il həbs cəzası aldığını və özünün günahsız olduğunu deyib.
Məhkəmə onun həbs cəzasını ən yaxşı halda 7 ildən 5 il 10 aya endirib.
Bu yaşananlardan sonra “Pukka” Eskobarın oğlu Juan Pablo Escobar Henaonun onu "instagram" hesabından izlədiyini bildirib.