Rusiyanın Nijnıy Novqorod şəhərində “VIP-Stroyinjinirinq” şirkətinin rəhbəri Sergey Deqtyarev həbs olunub.
Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, o, “Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi” zavodunun tikintisi zamanı geniş miqyaslı fırıldaqçılıq əməli törətməkdə ittiham edilir. Burada “S-400” və “S-500” hava hücumundan müdafiə sistemlərinin elementləri istehsal edilir.
S. Deqtyarev 8 sentyabra qədər penitensiar müəssisəsində saxlanılacaq.
Qeyd olunur ki, VIP-Stroyinjinirinq” 2013-cü ilin oktyabrında “Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi” zavodunun tikintisi ilə bağlı tenderdə qalib olub. Müqavilənin dəyəri 2 milyard rubldan çox olub.
Nəşr yazır ki, müqavilə şərtlərinə əməl edilməyib. Belə ki, zavod 2016-cı ildə “S-400” zenir-raket sistemləri, “Nebo-M” və “Niobiy” radar komplekslərini istehsal edib.
Bundan öncə Deqtyarev 2015-ci ildə Şərqi Kosmodromun tikintisi zamanı 1,3 milyard rubl dəyərində vəsaiti mənimsədiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra, məhkəmə sahibkarın hərəkətlərini biznesdə saxtakarlıq kimi qiymətləndirib və həbs cəzasını yarıya endirib. O, 2019-cu ilin aprelində azadlığa çıxıb.