Milanda sabiq prokuror Françesko Saverio Borelli dünyasını dəyişib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o 1990-cı illərdə böyük səs-küyə səbəb olan “Təmiz əllər” adlı antikorrupsiya əməliyyatına rəhbərlik edib.
89 yaşlı Borrelli uzun müddət idi xərçəngdən əziyyət çəkirmiş. Bu səbəbədn o xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, 1990-cı illərin əvvəllərində Borrelli Milanda başlayan, daha sonra digər şəhərləri də əhatə edən “Təmiz əllər” tədqiqatını aparan prokurorlara rəhbərlik edirdi.
Mafiyaların cinayətlərinin artması fonunda başlayan əməliyyat İtaliyanın biznes və siyasət dairələrinin yüzlərlə nümayəndələrinin həbsinə, bir çoxlarının isə karyerasının məhvinə gətirib çıxarmışdı. Bir sıra yüksək vəzifəli siyasətçilər, İtaliya sosialist, İtaliya liberal və İtaliya demokratik sosialist partiyası da daxil olmaqla, bəzi siyasi birləşmələrin üzvləri, eləcə də “Eni” energetik və “Fiat” avtomobil şirkətlərinin rəhbərliyindən bəzi şəxslər məsuliyyətə cəlb edilmişdilər.