ABŞ-da iki təyyarə toqquşub.
Unikal.org "Associated Press" agentliyinə istinadən xıbır verir ki, hadisə Tennessi ştatının Naşvill şəhərindəki beynəlxalq aeroporta qeydə alınıb.
Sent-Luis şəhərinə uçuşa hazırlaşan təyyarə yedəyə alınan zaman Atlantaya uçmağa hazırlaşan digər təyyarənin qanadına çırpılıb. Hər iki sərnişin təyyarəsi "Southwest Airlines" aviaşirkətinə məxsus olub. Toqquşma zamanı təyyarələrin göyərtəsində olan sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.
Bununla belə, Atlantaya uçan təyyarənin stabilizatorunun zədələndiyi aşkarlanıb. Texniki baxışla əlaqədar hər iki təyyarə reysdən çıxarılıb.