Gürcüstanın Axaltsixe şəhərinin Rabat rayonu ərazisində yerləşən erməni apostol kilsəsi qarət olunub.
Unikal.org xəbər verir ki, kilsədən təxminən 200 lari pul oğurlanıb.
İbadət yerindən pulla yanaşı, ikona və xaçlar da aparılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
Qarətçinin şəxsiyyəti müəyyən olunub və onun saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.