Gülay Ölməz adlı qadın 21 aylıq övladı Duru Naz üçün mağazadan tarxana bitkisini alıb. Lakin qız 3 gün yediyini tarxana şorbasından sonra vəziyyəti pisləşib və xəstəxanalıq olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpənin həzm sistemi pozulub və bir həftə ərzində ayaq yoluna gedə bilməyib. Sonradan müəyyən olub ki, mağazada paketin içərisinə səhvən acılı tarxana qoyulub.
Qızın anası Gülay Ölməz şirkətə 100 min TL (təxm: 30 min azn) dəyərində təzminat davası açıb. 2 aydır qızının müalicəsi ilə məşğul olduğu üçün işinə müntəzəm olaraq gedə bilməyən anasını işdən çıxarıblar. Gülay Ölməz bu hadisənin başqa bir uşağın başına gəlməməsi üçün mübarizə aparacağını bildirib.