ABŞ-ın Lova əyalətində üç il əvvəl bağlanan supermarketin binasında tapılan meyidin kimliyi bəlli olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, cəsədin 10 il əvvəl itən bir işçiyə aid olduğu bildirilib. Belə ki, bir müddət əvvəl sözü gedən supermarketin rəflərini və soyuducularını boşaldan işçilər cəsəd tapıblar. Lakin cəsədin kimliyi, yaşı məlum deyildi.
Artıq həmin cəsədin 10 il öncə heç bir iz buraxmadan yoxa çıxan Lerri Eli Murillo-Monkada adlı işçiyə aid olduğu müəyyən edilib. Yoxa çıxdıqda 25 yaşı olan işçinin soyuducunun üstünə çıxdığı və təsadüfən düşərək soyuducu və divar arasında qaldığı düşünülür.
Soyuducunun üstünə çıxdıqdan sonra 3.5 metr yüksəklikdən yerə düşərək dünyasını dəyişən işçinin soyuducuların yüksək səsdə işləməsi səbəbindən səsini eşidilmədiyi güman edilir.