Türkiyənin Adana bölgəsində 15 yaşından bəri narkotik istifadəçisi olan Fazıl Sayılır adlı şəxs intihar edib.
Unikal.org xəbər verir ki, o, motosikletini körpü üstündə saxlayı və suya atlanıb.
Hadisə yerinə gələn Fazılın anası Aysel Sayılır açıqlamaları ilə hər kəsin diqqətini cəlb edib.
“Bu gün bayramımdır. Nağara çaldıracam, oğlum narkotikdən qurtuldu. Hər gün 300 lirə tapmaqdan yorulmuşdum” deyə, qadın göz yaşı töküb.
O, daha sonra sözlərinə belə davam edib:
“15 yaşından onunla mübarizə aparırram. Aparmadığım müalicə, reabilitasiya mərkəzi qalmayıb. Amma qurtara bilmədim. Sonuncu dəfə “mənə motosiklet alın, narkotiki atacam” demişdi. Bu motosiklet onun sonu oldu. Onu oğlumun məzarının üstünə qoyacam. Başqalarına dua edəndə Allah sizə xeyirli övlad versin deyirəm. Varlı olmaqlarını istəməyin. Öldüyü təsdiqlənsə, hər kəsə şəkər paylayacam. Onsuzda yaşayarkən ölü idi. Əgər ölübsə, yaşamağa başlayıb”.