Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"lə üz-üzə gəlib.

"Unikal"" xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi bitib.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Rüstəm Əhmədzadə (14), Aleksandr Ramalinqom (26), Aleksa Yankoviç (36) qolları vurublar.

Qeyd edək ki, daha əvvəlki matçlarda “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb