Tovuzda 75 yaşlı qadını maşın vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Belə ki, kənd sakini 1950 təvəllüdlü S.Mejdinova yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan VAZ 2107 markalı minik maşını onu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerinə ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov