Bu gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı start götürüb.

"Unikal" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi gücünü sınayıb.

Nurlan Ağazadə debütdə kanadalı Keyd Brauna 9:2, 1/8 finalda isə qırğızıstanlı Zalkarbek Tabaldiyevə 5:2 hesabı ilə qalib gəldi. Güləşçimiz daha sonra çinli Tao Veiyə tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Nurlan yarımfinalda moldovalı Aleksandr Qaydarliyə 4:7 hesabı ilə məğlub olaraq gümüş mükafat uğrunda mübarizə aparacaq.

 

74 kq

Ağanəzər Novruzov bolqarıstanlı Stiliyan Corova tam üstünlüklə (10:0) qalib gələrək 1/8 finala yüksəlib. Ancaq bu mərhələdə almaniyalı U-20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabı ilə məğlub olub.

 

97 kq

Rəvan Musayev macarıstanlı Peter Jivnovskiyə tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda fransalı Aşab Dadayevə 2:12 hesabı ilə uduzub.

Yusif Dursunov çinli Ruljie Liyə "tuş"la, gürcüstanlı Aleksandre Abramişviliyə isə 5:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Yusif yarımfinalda qazanılan son xal prinsipinə görə iranlı Abolfazl Nejada məğlub olub (1:1) və bürünc medal uğrunda mübarizə aparacaq