ABŞ-ın federal ticarət komissiyası istifadəçi məlumatlarının qorunması problemləri səbəbilə Facebook şirkətini 5 milyard dollar dəyərində cərimələdi. Bu isə komissiya tarixində ən böyük cərimə göstəricisidir.
Unikal.org "technote"a istinadən xəbər verir ki, cərimə şirkətin bir aylıq gəlirinə bərabərdir.
Cərimədən əlavə olaraq komissiya Facebook şirkətindən istifadəçi məlumatlarının qorunmasının sərtləşdirilməsini də tələb edib. Bu ilin birinci rübü üzrə hesabatında şirkət bildirmişdi ki, ABŞ hökumətinin istintaqı nəticəsində gözlənilməz xərclər ola bilər. Bu səbəbdən şirkət ola biləcək potensial cəriməyə 3-5 milyard dollar vəsait ayırmışdı. Qeyd etmək lazımdır ki, keçən ilin mart ayında şirkət 50 milyon istifadəçinin özəl məlumatlarının sızdırılması məlumatını vermişdi.
Aprel ayında isə məlum olmuşdu ki, əslində söhbət, 87 milyon istifadəçidən gedir. Məlumat sızıntılarının mənbəyi isə Cambridge Analytica şirkəti olmuşdu. Həmin hadisədən sonra ABŞ-ın federal ticarət komissiyası bu məsələ üzrə istintaqa start vermiş və istifadəçi məlumatlarının qorunması üçün şirkətin hansı tədbirləri görməsini öyrənmək istəmişdi.
Facebook 5 milyard dollar cərimələndi - ARAŞDIRMA
21:04 24-07-2019
DÜNYA
Digər Xəbərlər
2024-11-18 00:29:40
2024-11-18 00:06:37
2024-11-17 23:52:30
2024-11-17 23:36:35
2024-11-17 23:20:11
2024-11-17 22:57:59
2024-11-17 20:13:56
2024-11-17 19:10:17
2024-11-17 18:54:13
2024-11-17 18:17:32
2024-11-17 17:43:19
2024-11-17 17:01:47
2024-11-17 16:25:56
2024-11-17 16:12:47
2024-11-17 15:32:27
2024-11-17 15:02:07
2024-11-17 12:26:37
2024-11-17 10:43:29
2024-11-17 10:39:37
2024-11-17 10:08:18