Bərdə rayonunda qətl hadisəsi baş verib.
 
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı öldürüb.
 
 
Bərdə rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində baş verib.
 
Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
 
 
G. Hüseynova 3 uşaq anasıdır.
 
 
Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Qadının meyiti müayinə olunduqdan  sonra yaxınlarına təhvil veriləcək. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.