Xəbər verdiyimiz kimi, iyun ayının 22-də Ermənistan respublikasının terrorçu prezidenti işğal etdikləri Azərbaycan torpaqlarına gəlib.
Unikal.org xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan 22 iyunda qondarma "Dağlıq Qarabağ Respublikası" prezidenti Bako Sahakyan və Arkadi Ghukasyanın müşahidəsi ilə cəbhə xəttinə gəliblər. Səfərdən çəkilən və yerli mətbuatda yerləşdirilən video kadrlarda ən diqqətçəkən məqam isə Sarkisyanın Azərbaycan ordusunun işğaldan azad etdiyi Lələtəpəyə baxış keçirməsi olub.
Erməni prezidenti Şuşaya gələrək orada generallarının iştirakı ilə müşavirə konfransı keçirib.