Prezident İlham Əliyev Əlövsət Baxşıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev "Şöhrət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ildən indiyədək Naxçıvan Muxtar Respublikasının baş naziridir.
İyunun 22-də onun 60 yaşı tamam olub.