Milli Məclisin növbədənkənar sessiyası işə başlayıb.
Vergi Məcəlləsinə edilən dəyişikliklə bağlı müzakirələrdə çıxış edən millət vəkili Zahid Orucun mövzudankənar dediyi fikirlər spiker Oqtay Əsədovu qəzəbləndirib.
Çıxışı saxlanıldığı üçün deputat yerində etiraz edərək danışmaq istədiyini bildirib. Spiker millət vəkilinə irad tutaraq deyib ki, o, hər dəfə mövzudan kənar məsələlərə toxunur.
Bu zaman deputatla sədr arasında narazılıq yaranıb. Spiker Zahid Oruca bir daha ona söz verməyəcəyini deyib: "Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm". (AzVision.az)