Referendum Britaniya xalqının daxili işidir.
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.
O əlavə edib ki, referendumun nəticələri dünya və Avropa Birliyinin iqtisadiyyatına mənfi təsir göstərəcək:
"Britaniyada nəyin baş verdiyini deyə bilmərəm. Referendumun nəticələri dünya iqtisadiyyatına mənfi təsirini göstərəcək. Baxın, artıq neftin qiymətində eniş nəzərə çarpır. Funt sterlinq və avronun məzənnələri də enib".
Qeyd edək ki, referendumun nəticələrinə əsasən, 52 faiz seçici "Brexit"in lehinə səs verib.