Prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Əli Abdullayev nazirin birinci müavini təyin edilib.
Unikal.org bildirir ki, Əli Abdullayev Azərbaycan Respublikası Prezdenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2009-cu ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib.
Bu il fevral ayının 2-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri təyin olunub.
Əslən Cəlilabad rayonundandır. Atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir.