ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar. 
Unikal.org xəbər verir ki, sənəddə münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır. 
"Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa, həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub. 
Həmsədrlər həmçinin prezidentlərin son iki görüşün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.