2016-cı ilin Aprel döyüşləri zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlunun doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində, ata yurdunda doğum günü qeyd olunub.
Unikal.org xəbər verir ki, mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov da iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin əziz xatirəsini dərin hörmətlə yad edib, ona Allahdan rəhmət diləyiblər.
Şəhidin atası Məmməd Namazov şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından bir daha öz dərin minnətdarlığını bildirib. M.Namazov qeyd edib ki, bu gün oğlu Elbəyin dünyaya gələn övladına əmisi Elvinin adını verib. Bildirib ki, o da əmisi kimi doğulduğu torpağın, Qazaxın, Yuxarı Salahlıların adını elə əmisi kimi daim yüksəkdə tutacaq.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dünyaya gələn körpəyə Elvinin adının verilməsi münasibəti ilə təbrik edib, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı sayəsində qısa bir zamanda ordumuzun qazandıqları nailiyyətlərdən söz açıb. Qeyd edib ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır:
“O yolu qət edən igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da edəcəkdir. İgid Vətən oğlu haqqında ürək sözlərini çatdıran rayon rəhbəri bildirib ki, bu gün şəhidimiz Elvin Namazovun doğum gününü onsuz qeyd etsək də, onun yoxluğundan 3 il ötsə də o, daim bizim qəlbimizdə yaşayır”.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Firdovsi Umudov da digər natiqlər kimi, şəhidlərimizin qəhramanlığından söz açıb və bildirib ki, bu gün düşmən müharibə meydanında olduğu kimi, idman meydanında da igidlərimizə uduzur: “Aprel döyüşləri göstərdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün baş leytenant Elvin Namazov kimi canından keçən igidləri var. Ali Baş Komandanın hər an verə biləcəyi ƏMRİ ilə ölkəmizin gənc, vətənpərvər, igid, cəsur, döyüşkən oğulları yenidən müharibə meydanına atılacaq. Qısa zaman kəsiyində torpaqlarımızı düşmən tapdağından azad edəcəyik”.
Tədbirdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva və digər natiqlərdə şəhidlərimizə olan hörmət və onların yaxınlarına dövlət tərəfindən göstərilən diqqətdən də bəhs ediblər.
Qeyd edək ki, Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur.Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunub.
Qazaxda Aprel şəhidinin adı qardaşı oğluna verildi - FOTOLAR

19:58 07-09-2019
CƏMİYYƏT







Digər Xəbərlər
2025-02-28 21:48:38

2025-02-28 20:55:34

2025-02-28 20:52:04

2025-02-28 20:06:59

2025-02-28 19:28:52

2025-02-28 18:32:35

2025-02-28 18:29:50

2025-02-28 18:29:39

2025-02-28 18:23:30

2025-02-28 18:19:24

2025-02-28 18:13:16

2025-02-28 18:08:24

2025-02-28 18:00:40

2025-02-28 17:51:49

2025-02-28 17:05:39

2025-02-28 16:39:00

2025-02-28 16:34:56

2025-02-28 16:00:36

2025-02-28 15:41:38

2025-02-28 15:41:12
