Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 75 illiyinə həsr olunmuş poçt markasını tədavülə buraxıb.
Unikal.org xəbər verir ki, buraxılış 1 markadan ibarət poçt bloku formasında hazırlanıb. Blokun ölçüsü 85x102 mm, markanın ölçüsü 37x52 millimetrdir. Blokda buludların fonunda təyyarə qanadı təsvir olunub, aşağı sol küncdə isə “ICAO 2019 – 75 years connecting the world / 75 ildir dünyanı birləşdirir” mətni yerləşdirilib. Markanın üzərində “ICAO”-nun loqotipinin elementlərinin davamı olaraq xüsusi basmanaxış çap üsulu ilə “75” rəqəmi təsvir edilib.
“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt bloku 8 000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.
Həmçinin xüsusi xatirə möhürü və 700 ədəd Birinci gün zərfləri də hazırlanıb.