"Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Vətəndaşların bir hissəsi qatarlardan istifadə etsə də, yenə tıxaclar var. Baxın, texniki imkan olmalıdır ki,biz bu yolu genişləndirək. Layihə hazırlayın, o yolu biz genişləndirməliyik. Lazım olan vəsait ayrılacaqdır”.
Unikal.org xəbər verir ki, bu sözləri İlham Əliyev paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən deyib.
Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi üçün "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədova tapşırıqlar verib.