Azərbaycanda 150-dən çox sel olan çay qeydə alınıb ki, bunların da 67-si daha təhlükəli sayılır.
Unikal.org xəbər verir ki, bunu Trend-ə tədqiqatı aparmış Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.
Onun sözlərinə görə, təhllükəli çayların 16-sı (Balakənçay, Katexçay, Talaçay, Muxaxçay, Qapıçay, Kürmükçay, Daşağılçay, Kişçay, Şinçay, Əlicançay, Türyünçay, Tikanılıçay, Ağçay, Bumçay, Dəmiraparançay, Həmzəliçay), 4-ü (Göyçay, Girdimançay, Ağsuçay, Pirsaat) Dağlıq Şirvanda, 12-si (Qusarçay, Quruçay, Qudyalçay, Ağçay, Qaraçay, Çaqaçuqçay, Vəlvələçay, Şabrançay, Dəvəçiçay, Gilgilçay, Ataçay, Tuğçay) Quba-Xaçmazda yerləşir.
Sel təhlükəsi çox olan çayların 12-si Naxçıvan Muxtar Respublikasının, 6-sı Gəncə-Qazax, 4-ü Laçın-Kəlbəcər, 6-sı Yuxarı Qarabağ, 5-i Lənkəran-Astara bölgəsinin, 2-si Abşeronun payına düşür.