Azərbaycanda az sayda klinikalarda  icra olunan əməliyyatların yüksək peşəkarlıqla həyata keçirildiyi Ege Hospitalda daha bir uğurlu layihəyə addım atılıb.  Artiq doğum Şöbəsi ilə xidmətinizdəyik.

Unikal.org xəbər verir ki, Ege Hospitalın Ginekologiya və yeni açılmış Doğum şöbəsinin rəhbəri – Cərrah mama ginekoloq-Uzman Dr İlhamə Eldarova və peşəkar həkim kollektivi riskli və normal hamilələrin təqibi, ultrasəs müayinəsi, normal doğum və keysəriyyə, keysəriyyə sonrası normal doğum, sonsuzluq, ailə planlama, vaginal infeksiyaların müalicəsi, uroginekoloji problemlər, genital estetika və bu kimi bütün növ ginekoloji xəstəliklərin müalicəsini cərrahi və konservativ yolla yüksək səviyyədə Ege Hospitalda həyata keçirirlər.
Hamiləlik müddətində hamilələrə genetik testlər(2-li, 3-lü,4-lü test, free cell DNA, Doppler müayinəsi), risk qrupunda olan pasiyentlərə invaziv işləmlər (amniosentez, CVS) icra edilməkdədir.

Doğum Şöbəsində epidural anesteziya ilə yüksək peşəkarlıqla, anestezioloq və ginekoloqlar tərəfindən ağrısız doğum gərçəkləşdirilməkdədir.

Bütün doğuş müddəti ərzində ana və körpənin həyati vacib funksiyaları ən müasir tibbi avadanlıqlarla tam nəzarətdə olur(monitorlar, KTQ cihazları və s.) 

Cərrahi əməliyyat üçün göstəriş olan bütün növ ginekoloji problemlər laparoskopik, vaginal və açıq cərrahi üsulla həyata keçirilir. 

 Ege Hospitalın yeni olaraq istifadəyə verilmiş Doğum şöbəsində müasir  doğuş zalları və əməliyyatxanalar, neonatologiya və zahılıq şöbələri yaradılmışdır. Həmçinin yarımçıq doğulmuşların sağalmaları üçün Ege Hospitalda müasir avadanlıqlarla təchiz olunmuş Yenidoğulmuşlar üçün reanimasiya şöbəsi də fəaliyyət göstərir. 

İ. Eldarova bildiribki Ege Hospitalda müasir dünya standartlarına uyğun  Doğum şöbəsinin yaradılması klinikamızın daha da yüksək pilləyə qalxması və sağlam nəslin dünyaya gəlməsi üçün bir zəmindir.