Əli Həsənov hakimiyyətə qarşı olan ittifaqdan danışdı
01:07 19-10-2012
SİYASƏT
Əli Həsənov hakimiyyətə qarşı olan ittifaqdan danışdı
“Gözləyək görək bu adamların özləri nə deyirlər”
“Yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı haqda yazılanlar mətbuatın mülahizələridir. Gözləyək görək bu adamların özləri nə deyirlər. Biz bundan sonra məsələyə münasibət bildirəcəyik”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə deyib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını pisləyən bəyanatına gəlincə, Əli Həsənov bildirib ki, dövlət komitəsi Rusiyada, o cümlədən digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun parçalanmasını istəmir: “Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın diaspor təşkilatlarının parçalanmasını, diaspor nümayəndələrinin ayrı-ayrı düşərgələrə çəkilməsini istəmir, diasporun vahid siyasətlə, bir mərkəzdən idarə olunmasını istəyir və bunun üçün çalışır. Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu baxımdan qiymətləndirib və belə bir bəyanat verib”.
“Azərbaycan hakimiyyətinin ittifaqda təmsil olunan şəxslərlə münasibətləri necədir” sualını Əli Həsənov belə cavablandırıb: “Hakimiyyətin ayrı-ayrı şəxslərə, eyni zamanda müxtəlif insanların hakimiyyətə münasibəti siyasətin predmeti ola bilməz. Hakimiyyətin normaları, idarəçilik prinsipləri var, xalq qarşısında məsuliyyət daşıyır, hesabat verir və bunlardan da çıxış edərək ölkənin idarəçiliyini həyata keçirir. Amma ayrı-ayrı şəxslərin hakimiyyətlə münasibəti üzərində dövlət siyasəti formalaşmır, qurulmur və həyata keçirilmir”.
Rusiya Azərbaycan Təşkilatları İttifaqını Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Söyün Sadıxov, Natiq Ağamirov, Asif Məhərrəmov, yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları yaradıb.
Mətbuatda bu qurumun Azərbaycan hakimiyyətinə müxalif mövqedə dayanacağı iddia olunub. Rusiyada yaşayan azərbaycanlıları birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresi ittifaqın yaradılmasını pisləyib. Diasporla İş üzrə Dövlət Komitəsi isə belə bir təşkilata ehtiyac olmadığını bəyan edib.
Bunun ardınca Rusiya Azərbaycan Təşkilatları İttifaqı bəyan edib ki, ittifaq siyasətlə məşğul olmayacaq və özünü Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ təşkilat saymır: “Qurum Rusiyada yaşayan azərbaycanlıların sosial, humanitar məsələlərinin həlli üçün koordinasiya işlərini həyata keçirəcək. Rusiya Azərbaycan Təşkilatları İttifaqı üzvləri Azərbaycan prezidenti İlham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək”.
Fuad
Digər Xəbərlər
2024-12-24 18:22:48
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00