Vətəndaş Maarifləndirmə İctimai Birliyinin sədri Günel Səfərovanın azyaşlı övladı müəllim tərəfindən zorakılığa məruz qalıb.
Unikal.org-a məlumat verən G.Səfərova bildirib ki, 83 nömrəli məktəbdə təhsil alan 11 yaşlı oğlu Ağasıyev Oğuzun qələmi yazmadığına görə müəllim kitabda başına vurub. Sonra övladı evə gələndə başına gələn hadisəni valideyninə danışıb. Valideyn 60 yaşlı müəllimin bu qanunsuz əməli ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.
Famil Fərhadoğlu