Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları 9 noyabr Bayraq Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Unikal.org xəbər verir ki, təbriklərin yer aldığı videoçarx “HaberGlobal”da yayımlanıb.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu sözlərlə dilə gətirib:
“Bir millət, iki dövlət” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”.