Noyabrın 8-də rayon Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Qubalı kəndində növbəti səyyar qəbul-görüşü keçirib.
Unikal.org xəbər verir ki, tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat verib.
Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.