Noyabrın 9-da Dövlət Bayrağı Günü ilə əlaqədar Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” ilk qaçış marafonu keçirilib.
“Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı altında təşkil olunan marafona ilk olaraq “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti dəstək verib və kollektiv olaraq yürüşə qoşulub.
Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qaçış marafonunun keçirilməsində əsas məqsədin təkcə milli parklarda ekoturizmin inkişafına nail olmaq deyil, eyni zamanda, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etmək olduğunu deyib.
Mətbuat katibi bildirib ki, milli parkda ilk dəfə keçirilən marafona 70-ə yaxın iştirakçı qoşulub. İştirakçılar 6 kilometr məsafə qət ediblər.
Finiş xəttini keçən ilk üç marafonçu hədiyyələrlə mükafatlandırılıb. Həmçinin marafonun bütün iştirakçılarına mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı verən dəvətnamə təqdim olunub.
Nazirliyin sözçüsü bildirib ki, ekoturizmin inkişafı, qorunan təbiət ərazilərinin təbliği, milli parklara turistlərin cəlb edilməsi, insanların asudə vaxtlarını səmərəli və təbiət qoynunda keçirmələri məqsədilə belə maarifləndirici tədbirlər Azərbaycanın digər milli parklarında da təşkil olunacaq.
“Sağlam ətraf mühit, sağlam həyat naminə” qaçdılar
17:12 09-11-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55