Latviyanın Smiltene şəhərində məktəblərin birində 60-a yaxın şagird bağırsaq virusuna yoluxub.

Unikal.org  xəbər verir ki, yoluxma ilə əlaqədar 57 uşaq müayinədən keçirilib və zəruri analizlər götürülüb.

Uşaqların vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Məktəbdə dezinfeksiya işləri aparılıb. Uşaqlar tam sağalmaları barədə arayış aldıqdan sonra məktəbə qayıda biləcək.