Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə fətva verib
12:56 23-10-2012
CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə fətva verib
Bayram namazı okytabrın 26-da Əjdərbəy və Təzəpir məscidlərində saat 09:00-da qılınacaq
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibəti ilə fətva verib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, fətvada bildirilib ki, müqəddəs Qurban bayramı (Eydül-Əzha) bu il miladi tarixi ili 25-26 oktyabr 2012-ci ilə təsadüf edir. Bu münasibətlə QMİ və onun rəhbərliyi Azərbaycan xalqını və eləcə də bütün müsəlmanları təbrik edib.
"Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və eləcə də bütün müsəlmanları təbrik edir, belə bir əziz gündə Allah-Təaladan hamıya mərhəmət və məgfirət diləyir. Bu müqəddəs ayda Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti üçün dualar edir, Uca Allahdan hamınıza əmin-amanlıq və xeyir-bərəkət arzulayırıq.
Şəriət qanunlarına görə qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında cox bəyənilmiş əməllərdən hesab olunur, amma vacib deyildir. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keci, öküz-inək və dəvə olmalıdır. Bundan əlavə, beş-altı adamın cəmləşib bir heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-digərinə halallıq versinlər. Onlara yetişən pay üc hissə olsa yaxşıdır: bir hissə özünün, bir hissə fəqir və kasıb ailələrin, bir hissəsi də hədiyyə kimi qonşu və qohum əqrəbalara paylanır. Bir qayda olaraq İsmayıl qurbanını kəsərkən heyvanı uzu qibləyə uzatmalı, qoyundursa qıçının birini azad saxlamalı, iribuynuzlu heyvandırsa dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən, yaxşı olar ki, Qurbankəsmə duası oxunsun, heç olmasa, "Bismillahi və billahi vəllahu əkbər" deyərək kəsilsin. Müstəhəbdir ki, kəsilməmişdən əvvəl heyvana su verilsin.
Həzrət Peyğəmbərimiz (s) Qurban bayramı günlərində özünü rahat və məsud hiss edərmiş. Çünki bu günlərdə elə adam olmur ki, onun ailəsində qazan qaynamasın".
Fətvada qeyd edilib ki, dövlət rəsmi olaraq Azərbaycanda iki gün 25-26 oktyabr tarixlərini Qurban bayramı elan edib. 25 oktyabr bayram axşamı, 26 oktyabr isə bayram günüdür. Bayram namazı 26 okytabrda Əjdərbəy və Təzəpir məscidlərində saat 09:00-da qılınacaq.
QMİ müqəddəs bayram günündə kəsilən qurbanlıqları baytarlıq qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra etməyi yövsiyyə edir.
"İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Həmçinin, imkanı olmayanların Qurban günü iki rükət namaz qılması ibadət sayılır. Allah-Təalaya dua edək ki, növbəti Qurban bayramımız Qarabağ torpaqlarında qeyd olunsun. Qoy Allah-Təala insanların mənən saflaşması və həmrəyliyini təcəssüm etdirmək məqsədi ilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları və ibadətlərimizi qəbul etsin. Amin!".
Qeyd olunub ki, Azərbaycanda iki gün 25-26 oktyabr tarixlərini Qurban bayramı elan edib. 25 oktyabr bayram axşamı, 26 oktyabr isə bayram günüdür. Bayram namazı 26 oktyabrda Əjdərbəy və Təzəpir məscidlərində saat 9-da qılınacaq: “Tövsiyə edərdik ki, bu müqəddəs bayram günündə kəsilən qurbanlıqları baytarlıq qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz”.
Digər Xəbərlər
2024-12-27 13:30:51
2024-12-27 13:25:57
2024-12-27 13:12:59
2024-12-27 13:08:44
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59