Türkiyədə 75 yaşlı kişi 51 yaşlı azərbaycanlı arvadını güllələdi.
Unikal.org xəbər verir ki, hadisə Antalyanın Kumluca mahalında baş verib. Belə ki, 75 yaşlı Hüseyn Y iki ay əvvəl evləndiyi 51 yaşlı azərbaycanlı Muhabbat J-yı və onun qohumu 51 yaşlı Firdus Aliyevanı tüfənglə vurub.
İddiaya görə, 75 yaşlı Hüseyn Y.-ya xanımı və onun qohumu tərəfindən hücum edilib. Buna səbəb 51 yaşlı azərbaycanlı Muhabbat J və onun qohumu Firdus Aliyeva əvvəlcədən sözləşərək 75 yaşlı Hüseyn Y-nin əmlakını ələ keçirmək istəyiblər. Bunun üçün iki ay əvvəl 75 yaşlı Hüseyn Y və 51 yaşlı azərbaycanlı Muhabbat J razılığa gələrək evləniblər.
Kişi ölümündən sonra əmlakının xanımı Muhabbat J-ya verilməsi üçün əvvəlcədən razılaşdığı müqaviləni imzalamaqdan imtina edib.
Nəticədə 75 yaşlı Hüseyn Y ov tüfəngi ilə arvadının qohumu Firdus Aliyevanı güllələyərək öldürüb. Xanımı Muhabbat J-nı yaralayıb, özü isə mübahisə zamanı xəsarət alıb.
Başından aldığı sərt bir zərbə səbəbiylə yaralanan Hüseyn Y. və yeni pnevmatik tüfənglə vurduğu həyat yoldaşı Muhabbat J. Kumluca Dövlət Xəstəxanasına yerləşdirilib.
Polis və Respublika Prokurorluğunun araşdırmasından sonra Firdus Əliyevanın cənazəsi yarılmaq üçün Antalya Ədli Tibb Təşkilatına göndərilib.