Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun bölgəsində yerləşən 2 alış-veriş mərkəzindən ümumilikdə 17 mağazadan oğurluq edilib. 50 min telelik dəyərində geyim oğurluq etməkdə şübhəli bilinən 7 Azərbaycanlı saxlanılıb.
Onlardan 5-i qadın, 2-si kişidir. Şübhəlilərin folqa vasitəsi ilə həyəcan sıqnalından yayındığı ortaya çıxıb. Girdikləri mağazadan oğurladıqları əşyaların barkot və qurğularına alüminium folqa ilə bağlayaraq siqnaldan yayınıblar.
Unikal.org xəbər verir ki, artıq oğurluqda şübhəli bilinən 50 yaşlı Tamella Hajıahmadova, 53 yaşlı Kamala Asadullayeva, 49 yaşlı Gular Ağayeva məhkəmənin hökmü ilə həbs edilib. 2 azərbaycanlı 54 yaşlı Laləzər L. və 29 yaşlı Bayram L. polis nəzarəti altında qalmaq şərti ilə sərbəst buraxılıblar. Digər iki nəfərin isə oğurluq etmədiyi məlum olub.
Türkiyədə saxlanılan qadınların birinin yaxını Samirə (şərti adı) olan qadın məsələ ilə bağlı Unikal.org-a açıqlama verib. Bildirib ki, hər il noyabr ayının son cümə günü dünyada “Black Friday” yəni “Qara Cümə” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Sözügedən qadınlar da (bacım Türkiyəyə bazarlıq etmək üçün gediblər. Amma, oğurluqda yalnız bir nəfərin (qadın) günahı sübuta yetirilib.
Belə ki, oğurluq edən qadın geyimləri o birilərinin çantasına yerləşdirib. Buna görə də, bacım və digər rəfiqələri də saxlanılıb.