Slovakiyanın şərqindəki Presov şəhərində yerləşən on iki mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib.
Unikal.org “Reuters”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, çox sayda yaralı var.
Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində binadakı digər sakinləri xilas etmək mümkün olub . Presov şəhərinin meri Andrea Turkanova hadisəni şəhərin tarixindəki ən böyük faciə adlandırıb.