Şəmkirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qaracaəmirli kənd sakini, əvvəllər məhkum olunmuş 25 yaşlı Tural Məmmədli saxlanılaraq polis şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən iki ədəd kibrit qutusunda və bir ədəd ağ rəngli kağız bükümdə ümumi çəkisi 14.672 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Məmmədliyə narkotik vasitə satan şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Şəhriyar Razyev olduğu müəyyən edilib. Onun və qayınanasının evinə baxış keçirilən zaman ümumilikdə 72 ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 200 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunuraq götürülüb.
İlkin dindirmə zamanı Ş. Rzayev narkotik tərkibli bitkini satmaq məqsədilə əkdiyini bildirib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.