"Ayda bir dəfə ya Kənan gəlir, ya mən yanına gedirəm. Yollarda qalır. Sənətində heç vaxt heç nəyi ona məcbur etməmişəm. O da məni həmçinin".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova "Show news" verilişində deyib. Rejissor Kənan M.M.-in həyat yoldaşı ailə büdcələrindən bəhs edib:
"Ürəyimiz istəyən qonararı versəydilər, lap köçüb onun yanında yaşayardıq. Bunu çox istəyirik. Hal-hazırda mənim qonararım daha yüksəkdir. Kənanın qonararı zəif olduğu üçün deyirəm ki, sənin əziyyətinə dəymir. Kənanın qazancı hər zaman məndən yüksək olub. Çünki mən uzun müddət işləmirdim, uşaq saxlayırdım.
Əsas odur ki, qazancımız bir yerə toplanır. Uşaqlarımız üçün qazanırıq. Bütün ailələrdə pul qadınlarda olur. Kişi qazanıb gətirir qadına verir. Xatırlayıram, Kənana 1000 manat bir, 2000 min manat da bir vermişdim. Sonra dedim ki, pulumu gətirib qaytaracaqsan? Dedi, narahat olma, film izlənsin qaytararam".
Müsahibə zamanı həyat yoldaşına görüntülü zəng edən rejissor da məsələyə münasibətini bildirib. "Pulların hamısı məndə olsa, ortada heç nə qalmaz. Qadın 100 min qazana bilər. Amma kişinin qazancı daha bərəkətli olur" deyə, Kənan söyləyib.