İranla ABŞ arasında əsir mübadiləsi həyata keçirilib - İranda casusluq ittihamıyla həbs olunan Çin əsilli ABŞ tədqiqatçısı Xiyue Vanq ABŞ tərəfinə, ABŞ-da həbs olunan iranlı alim, professor Məsud Süleymani isə İran tərəfinə verilib.
Unikal.org xəbər verir ki, Xiyue Vang İranda 2016-cı ildə həbs edilib və xarici rəsmilərə işləməkdə günahlandırılıb, 10 il müddətinə azadlıqdan məhrum edilib və həmin müddətin üç ilini artıq çəkmişdi.
Xiyue Vang dissertasiyası işi çərçivəsində İranda tədqiqat aparıb. O, Amerika və Britaniya elmi təşkilatlarına ötürmək üçün məxvi məlumatlar əldə etməyə çalışmaqda ittiham edilmişdir.
Gövdə hüceyrələri sahəsində mütəxəssis olan Məsud Süleymani 2018-ci ildə ABŞ-da həbs edilib.
O, nüvə proqramına görə ölkəyə tətbiq olunan ticarət sanksiyalarını pozaraq İrana biomaterial ixrac etməyə cəhd göstərməkdə ittiham olunub.
Hər iki alim günahsız olduqlarını israr ediblər.
Əsir mübadiləsi illərdir ki, münasibətləri son dərəcə gərgin olan bu iki ölkə arasında qarşılıqlı əməkdaşlığın nadir bir hadisəsidir.
1979-cu il İslam İnqilabından bəri ABŞ və İran arasında diplomatik münasibətlər yox vəziyyətindədir.
Əsir alimlərin mübadiləsi İsveçrə hökumətinin vasitəçiliyi ilə mümkün olub.
ABŞ və İran alimləri dəyişdirdi - FOTO

22:08 08-12-2019
DÜNYA

Digər Xəbərlər
2025-02-28 20:40:10

2025-02-28 20:39:30

2025-02-28 20:19:01

2025-02-28 19:48:00

2025-02-28 19:18:07

2025-02-28 18:49:44

2025-02-28 18:00:04

2025-02-28 17:48:08

2025-02-28 17:39:48

2025-02-28 17:12:00

2025-02-28 16:53:03

2025-02-28 16:18:00

2025-02-28 16:09:00

2025-02-28 15:26:00

2025-02-28 14:57:47

2025-02-28 14:14:14

2025-02-28 12:58:00
.png)
2025-02-28 12:26:00

2025-02-28 12:07:00
