"Tesla" və "SpaceX" icraçısı İlon Maskın ötən ay bütün dünyaya tanıtdırdığı yeni zirehli və elektrikli pikapı "Kibertrak" (Cybertruck) avtomobili ilə Los-Anceles küçələrində görüntülənib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, maşını görən vətəndaşlar sürücünün İlon Mask olduğunu anlayan zaman onu telefonlarının kamerasıyla lentə alıblar. Həmin görüntülər qısa zaman ərzində sosial şəbəkədə paylaşılıb. İlon Mask və yeni maşını "Kibertrak" fanatları tərəfindən yenidən gündəmə gəlib.
Qeyd edək ki, İlon Mask ötən müsahibələrinin birində avtomobilin serialı şəkildə istehsal müddəti üçün 2021-ci ili göstərib. 40 min dollar başlanğıç qiyməti olacaq avtomobilin 3 müxtəlif modeli mövcud olacaq. "Kibertrak"la gələn bir yeniliyə görə, artıq avtomobilin arxasında daşınacaq cihaz vasitəsi ilə avtomobilə yenidən enerji doldurmaq mümkün olacaq.
Gülayə Mecid