Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenski "Norman Dördlüyü" çərçivəsində ikitərəfli görüş keçiriblər. 

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, iki ölkə liderləri görüşdə birgə bəyannaməni müzakirə ediblər.

Qeyd edək ki, Rusiyanın NTV telekanalı Putinlə Zelenski arasında görüş başlamamışdan Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən bildirmişdi ki, protokola uyğun olaraq, təxminən 45 dəqiqə vaxt ayrılan görüşün əsas mövzusu Minsk razılaşmalarının icrası olacaq. 

Uşakov danışıqlar zamanı iki ölkə arasında qaz məsələsinin meydana çıxıb-çıxmayacağını açıqlamayıb.

Xatırladaq ki, Ukrayna və Rusiya prezidentləri səviyyəsində 2016-cı ildən bəri ilk dəfədir görüş keçirilib.