Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır.
Unikal.org- Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildə Azərbaycanda narkomanlar tərəfindən 182 cinayət törədilib. Sonrakı illərdə cinayət törədən narkomanların sayında getdikcə artma müşahidə edilib.
2010-cu ildə narkomanlar tərəfindən 465, 2015-ci ildə 546, 2016-cı ildə 382, 2017-ci ildə 554, 2018-ci ildə 791 cinayət törədilib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı 31 432 nəfər olub. 2018-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 1995 nəfər təşkil edib.
Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.