"EuroHome” tikinti materialları bazarında bu gün baş verən yanğınla bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.
Unikal.org-un xəbərinə görə, məlumatda deyilir: "Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub. Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var".
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında güclü yanğın olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarəsi cəlb edilib.