Türkiyə ABŞ-ın "Patriot" raket sistemlərinə görə Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemlərindən imtina etməyəcək.
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Türkiyə lideri qeyd edib ki, rəsmi Ankara özünün hava hücumundan müdafiə sistemini zənginləşdirmək fikrindədir.
ABŞ Rusiyanin "S-400" raket müdafiə silahının NATO sisteminə inteqrasiya edə bilməməsini əsas gətirərək, Türkiyənin bu silahları əldə etməsinə qarşı çıxır.